Bu gün Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb...
Tezadlar.az CNN- türk- ə istinadla xəbər verir ki, almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub. Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb. Sitat: “Digər tərəfdən, Almaniya Federal Konstitusiyasını Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda hər bozqurd salamı verən şəxsin radikal sağçı adlandırıla bilməyəcəyi və bozqurd işarəsinin Almaniyada qadağan olunmuş simvol olmadığı vurğulansa da, Merih Demirala qarşı Almaniyanın səlahiyyətli şəxsləri tərəfindən göstərilən reaksiyaların özü ksenofobiyadır. Biz idman tədbirinin qeyd olunması zamanı heç kimin hədəf alınmadığı şəkildə tarixi və mədəni simvoldan istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik”.
Qeyd edək ki, UEFA AVRO-2024-ün 1/8 matçında Avstriyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə millisinin qollarını vuran Merih Demirala qarşı araşdırma başlatdığını açıqlayıb. Dünyanın bir çox media qurumları isə bu faktı qəti pisləyib. Hesab edilir ki, burada Türkiyə hədəfdir və vurulan qollara qısqanclıq hissi var.
A.Məmmədli