"Bakının dərdi var, Bakı xəstədir..."
"Bakının dərdi var, Bakı xəstədir,
Hamı intizarda, göz yol üstədir...
Qədim divarlarda kafe nişanı,
Qazıb dağımlayır başçı hər yanı...
Burda küçələr də tamam darısqal,
Oturmuş kənarda yazıq bir hambal,
Dərin fikirlərə qərq olmuş yazıq.
Dincəlmək istəyir o da azacıq..."
Allah dahi şairimiz Səməd Vurğuna rəhmət eləsin, amma ruhu bizi bağışlasın ki, şeirində bəzi dəyişiklik edib müasirləşdirməyə çalışdıq...
*** 
Bəli, Bakıda Bakılıq qoymayanlar var... Sosial şəbəkələrdən də bilirsiniz ki, harda azacıq yer var, boşaldıb göydələn tikirlər, mərkəzə doğru köçhaköçdür! Bakı tıxac əlindən infarkt halındadır... İndi də girişiblər qədim Qala divarlarına... Aşağıda təqdim olunan şəkildən də görünür ki, İçərişəhər qala divarlarının çölündəki kiçik əraziyə kafe tikmək qərarına gəliblər. Kimdir bu şəxs? Və kimdir ona bunu icazə verən?! Rüfət Muradlı öz platformasında yazır: "...Heç nəyə rəhm etmirlər. Yetər ki, ortada pul, qazanc, şəxsi mənafe olsun. Di gəl, sadə vətəndaş balkonunu artırmaq istəsə, dünyanı başına uçurarlar. Tarixi də bazara çıxarıblar artıq. Nə milli dəyər anlayışları var, nə tarixi miras...".
Çox təəssüflər... 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN