Daxili İşlər Nazirliyi rəsmilərinin az qala hər gün etdiyi xəbərdarlığına baxmayaraq, vətəndaşlar yalançılara və dələduzlara inanmaqda, bununla da onların yağlı dil tələsinə düşməkdə davam edirlər...
Nazirliyin idarə rəisi Elşad Hacıyevin bu məlumatı hər kəsə dərs olmalıdır: "Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalı – onlayn oğurluq halları sürətlə artmaqdadır. Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır. Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır.
“WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır. "Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7 tarixlərində ayrı-ayrı şəxslərin 15000, 7873, 4457, 4293, 4280, 4000, 3146, 2750, 2444, 2154, 2000, 1997, 1931, 1650, 1500, 1512, 1500, 1478, 1399, 1300, 1071, 1020, 1001, 1000, 1000, 1000, 1000, 1000, 1000, 999, 998, 900, 900, 810, 759, 650, 600, 590, 521, 501, 500, 500, 440, 406, 380, 380, 360, 358, 350, 300, 266, 200, 200, 112, 98, 70, 63, 51 manat pulları talamaya məruz qalıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir.
Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın!".
Tələyə düşməmək üçün tələdən uzaq durmaq yeganə çıxış yoludur!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN