Ruslar "Qafkaz" limanında bərəyə pilotsuz təyyarə hücumu barədə məlumat veriblər...
Tezadlar.az "Avropa həqiqətləri"nə istinadla bildirir ki, dron hücumu zamanı yanğın baş verib və ölüm faktı var... Belə ki, Rusiya Federasiyasının Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bu gün iyulun 23-də, səhər saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələrin "Qafqaz" limanında Rusiyaya məxsus bərə gəmisinə hücum etdiyini bildirib. Kondratiyev bu barədə Telegram-da belə yazıb: “Bu gün səhər "Qafkaz" limanında bərə gəmisi dronların hücumuna məruz qalıb.” Qubernator hücumun Ukrayna PUA-ları tərəfindən həyata keçirildiyini, bundan sonra yanğının baş verdiyini deyib. Rusiya qubernatoru bildirib ki, hazırda yanğın lokallaşdırılıb və təcili yardım xidmətləri hadisə yerindədir. Kondratyevin sözlərinə görə, ekipaj üzvləri və liman işçiləri arasında yaralananlar və ölənlər də var.
A.Məmmədli