Doqquz il əvvəl Tbilisidə Gürcüstanlı iş adamını qətlə yetirən Azərbaycan vətəndaşı Fərid Qurbanov saxlanılıb.

Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Fərid Qurbanov İstanbulda saxlanılıb. O, "Tısbağa gölü" kompleksinin keçmiş sahibi Beso Xardzianini qətlə yetirməkdə təqsirli bilinir. İstintaq müəyyən edib ki, Fərid Qurbanov təkbaşına hərəkət etməyib, ona Rusiya vətəndaşı Oleq Doyev adlı şəxs kömək edib. Onların hər ikisi eyni gündə Gürcüstandan Türkiyəyə keçiblər.

 Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında Fərid Qurbanov İstanbulda saxlanılıb. Fərid Qurbanovun Gürcüstana ekstradisiya ediləcəyi bildirilir. Cinayətdə iştirak edən digər şəxs Oleq Doyevə gəlincə, o, beynəlxalq axtarışdadır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN