Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hər gün olduğu kimi, bu gün də məlumat yayıb ki, Bakının bir sıra yollarında tıxac yaranıb...
Mərkəz həmin yollardakı vəziyyəti belə sıralayıb:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
"Təzadlar"ın əməkdaşlarının apardığı müşahidələr bunu göstərir: Bakının 3 əsas prospekti var: H.Əliyev, Babək və 8 noyabr! Hazırda 8 noyabrda təmir aparılır, amma bu təmirə baxmayaraq tıxac olmamalıdır. Lakin Neftayırma zavodunun qarşısında yeraltı tunel qazılır. Bir aydan çoxdur həmin ərazidəki işləri bitirmirlər ki, tıxac şəhərə doğru Əhmədlidən AMAY-adək uzanmasın. Axşam da belədir, cəhər də. Ona görə də həmin tıxacda saatlarla qalmaq istəməyən sürücülər özlərini verirlər Babək prospektinə. Orda da səhər və ya axşamlar bu səbəbdən süni tıxac yaranır.
Odur ki, 8 noyabr prospektindəki o tunel məsələsi həll ediləndən sonra bu süni tıxac da yəqinki həllini tapar...
A.Məmmədli