Bu gün Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib...

Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. "Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var", - məlumatda qeyd olunub. Bildirilib ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.

İsrail ordusu da "Hizbullah" hədəflərini nişanlayıb raket atəşinə tutub.

İranın İsrailə hücum planı isə hələki sual olaraq qalır... Amma ekspertlər bu gecə nəsə baş verəcəyini düşünürlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN