Turizm həm də qiymət siyasətinə bağlıdır...

Məsələn, bir dəfə ölkəyə turist kimi gələn, məsələn, Qəbələdə bir həftəyə 2000 dollar pul itirirsə, növbəti dəfə üz tutacaq 1 həftəyə 500 dollara yeyib-içib gəzməyə şəraiti olan Gürcüstana üz tutmalıdır, ya da Türkiyəyə.

Bax elə bu səbəbdən turistlər daha əlverişli ölkələrə getməli olurlar. Ona görə də Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında rekord həddə – 1,9 milyard dollar təşkil edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb. Bildirilib ki, ən böyük artım Aİ ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri hesabına olub: onların payı 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. Gürcüstan Milli Bankına görə, ölkələr üzrə gəlirlər aşağıdakı kimidir:

Rusiya – 380,1 dollar;

Türkiyə – 287 milyon dollar;

Aİ ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar;

İsrail – 175,4 milyon dollar;

Azərbaycan – 78,5 milyon dollar;

Ukrayna – 69 milyon dollar;

İran – 64,2 milyon dollar;

Ermənistan – 64,1 milyon dollar; Belarus – 39 milyon dollar;

Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar;

digər ölkələr – 462 milyon dollar.

Statistikaya görə, 2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan çox səfər edib (illik artım 5,6 %) və bunların ən çoxu ilin birinci yarısında qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan qeydə alınıb.

Təsəvvür edin, ötən 6 ayda Azərbaycandan Gürcüstana 78,5 milyon dollar pul turizm xətti ilə axıb. Niyə? Xüsusi tarixi abidələri, dünyanın hansısa mözülə ərazisi və s. olmayan Gürcüstana gedən soydaşlarımız yalnız az xərclə gəzib-dolanmağa meyilli olublar.

Bəs niyə Azərbaycanda qiymət siyasətinə nəzarət edilmir ki, ölkə əhalisi valyutanı qonşu ölkələrə daşımasın?!

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN