Bu gün-23 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində görüş keçirilib. Görüşdə Tvinninq layihəsinin “İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən avstriyalı ekspertlər Thomas Hainlen və Manuela Hargassner-Delpos, rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis, eləcə də Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyəti barədə məlumat verib. Mediada məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlərin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.
Rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis isə media nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində MEDİA Agentliyinin rolunu xüsusi qeyd edib.
Görüş zamanı bildirilib ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi və Dövlət Komitəsinin müvafiq əməkdaşları və media nümayəndələrinin iştirakı ilə işlənib hazırlanacaq.
Qeyd edək ki, tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir. 
*** 
Təbii ki, məişət zorakılığını törədən səbəblər çoxdur və dünyanın bütün ölkələrində-harda yaşam və ictimai fəaliyyət var, orda təsadüf edilir. Təəssüflər olsun, 90-cı illərdən bu zorakılıq qadınlara qarşı daha da artmışdır. Ekspertlər də hesab edirlər ki, bunun əsas səbəblərindən biri kimi  cəmiyyətdəki sosial-psixoloji vəziyyətdir. Onun əsas törədicisi isə sintetik qidalardan daha çox istifadədir. Sintetik qida qəbul edənlərin psixikasındakı dəyişiklikləri görməmək mümkün deyil. ABŞ alimləri bunu ayırd etmək üçün yalnız təbii və daha çox sintetik qida qəbul edən iki ailədə böyüyən uşaqların üzərində müşahidə və tədqiqat apararaq təəssüfləndirici faktla qarşılaşmışlar. Və məhz bu qidaların 90-cı illərdən sonra doğulanlara təsirindəndir ki, onların tərəfindən nəinki ailə qurduqlarına qarşı, həm də digərlərinə yönəlik cinayət əməlləri artmışdır. Məsələn, keçmiş zamanlarda oğulun atasına əl qaldırması, anasını, yaxud bacısını baltalaması, qardaşını öldürməsi, həyat yoldaşının başını kəsməsi, intihar etməsi, özünü binadan atması və s. kimi əməllərə demək olar rast gəlinməzdi. 
Hazırda dünya alimləri daha çox təbii qidalardan istifadəni məsləhət görür. Təsəvvür edin, 40 günə cücəlikdən 1-2 kq-lıq toyuğa dönmədə istifadə edilən kökəltmə maddələri gənc ananın bətnindəki körpənin beyninə təsirsiz olmaya bilməz...   
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN