Oktyabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin daha iki ordu korpusu komandirinin işdən çıxarıldığı məlum olub...

Tezadlar.az bildirir ki, general-mayor Münasib Babayev 4-cü ordu korpusu (Bakı) komandiri, polkovnik Oruc Abdullayev isə 3-cü korpus (Şəmkir) komandiri vəzifəsindən azad edilib. Bir gün əvvəl isə 2-ci ordu korpusu komandiri general-leytenant Mais Bərxudarov ehtiyata buraxılıb.  Azərbaycan Silahlı Qüvvələrinin bütün ordu korpusları Quru Qoşunlarının tərkibinə daxildir. Bu komandirlərin çıxarılmasının səbəbləri barədə rəsmi məlumat yoxdur.  Lakin məlumatlı hərbi mənbələrdən "Turan" agentliyinə bəlli olub ki, kadr dəyişiklikləri müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı Hikmət Mirzəyevin təklifi ilə həyata keçirilir. Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, general-leytenant Hikmət Mirzəyev və onun döyüşçüləri İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsində həlledici rol oynayıblar. Müharibədən sonra o, müdafiə nazirinin müavini postunu tutub və rütbəsi artırılıb. Ekspertlərin fikrincə, Hikmət Mirzəyev Azərbaycanın növbəti müdafiə naziri ola bilər...

Qarabağ Azərbaycandır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN