Azərbaycanda 11-22 noyabr tarixlərində keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi, nəhayət, məlum oldu...

Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında bu barədə rəsmi məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər. Nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.

Beləliklə, rəsmi Bakı həm də ABŞ- dan gələcək nümayəndə heyyətini qarşılamağa hazırlaşır. Bu bir daha göstərir ki, bir sıra ermənipərəst beynəlxalq qurum rəhbərlərinin anti- Azərbaycan çıxışlarına baxmayaraq, COP29 beynəlxalq konfransa diqqət böyükdür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN