"Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa təkbaşına Ukraynadakı münaqişədən sağ çıxa bilməyəcək".

Tezadlar.az "Avropa həqiqətləri"nə istinadla xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. O bildirib ki, Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır. Sitat: "Noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır, çünki indi onun yeri küncdədir və cənablar - Rusiya və ABŞ kreslolarda oturub söhbət edirlər. Biz başa düşməliyik ki, əgər ABŞ-ın sülh tərəfdarı olan bir prezidenti varsa və ABŞ sülhün tərəfində olacaqsa, o zaman Avropa müharibə tərəfdarı olaraq qala bilməyəcək. Məncə, Avropa məsuliyyətsizcəsinə girdiyi bu müharibənin yükünü tək çəkə bilməyəcək. Əgər Amerika sülh yolunu tutsa, o zaman biz uyğunlaşmalı olacağıq”.

Ukrayna- Rusiya cəbhəsində isə müharibə davam edir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN