Sabiq nazir Gürcüstan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirib...

"Əminəm ki, "Gürcü arzusu" işğal olunmuş Abxaziyada baş verən hadisələrə heç bir reaksiya verməyəcək - bu susqunluq narahat edir, çünki Gürcüstan açıq-aşkar Abxaziyanı Rusiyaya verir", -deyən konfliktoloq, barış və vətəndaş bərabərliyi üzrə keçmiş nazir, Paata Zakariaşvili onu da qeyd edib ki, hazırda Rusiya Abxaziyanı iqtisadi istiqamətdə ilhaq edir. Sitat: “Son bir ildir ki, işğal olunmuş Abxaziyada daimi gərginlik yaşanır və bu, əsasən Rusiyanın Abxaziyanı iqtisadi istiqamətinə aiddir. İlhaqı ona görə qeyd edirəm ki, Rusiya Abxaziyaya nəzarət rıçaqlarını ələ keçirmək istəyir. Müxtəlif mərhələlərdən keçdi, xüsusən də hələ bitməmiş Biçvinta məsələsini xatırlayırıq. Bunun ardınca bir çox başqa mövzu ön plana çıxdı. Xüsusən də Abxaziya cəmiyyətinin, o cümlədən siyasətçilərin rədd etdiyi mənzillər mövzusu var. Abxaziyada daşınmaz əmlakı yalnız Abxaziya vətəndaşları ala bilər. Belə olan halda Rusiya tərəfi deyir ki, bu məsələ necə ola bilər, biz (Rusiya) öz pulumuzla binalar, yəni mənzillər tikəcəyik, onu da kim alırsa, ona satacağıq? On ildən sonra 110 min Rusiya vətəndaşı Abxaziya ərazisində məskunlaşa bilər. Şalva Papuaşvili bildirib ki, ilhaq əlaməti yoxdur, onun orada nə baş verdiyindən xəbəri belə yoxdur. Rusiya qanunvericiliyinə görə, Rusiya məhkəməsinin qərarı birbaşa Abxaziya ərazisinə aiddir. Abxaziya bununla razılaşmalı oldu. Son addım bir neçə həftə əvvəl, faktiki iqtisadiyyat nazirinin investisiya sazişini imzaladığı zaman oldu və bu, dalğanı oyandırdı. Bu sazişin ratifikasiyası bu gün nəzərdə tutulmuşdu. İki gün əvvəl vəziyyət o qədər gərginləşdi ki, hakimiyyət iki keçmiş deputatı amansız üsullarla həbs etdi. Bu həbs ciddi həyəcana səbəb oldu və nümayiş iştirakçıları bütün Suxumini mühasirəyə aldılar. Hazırda Aslan Bjaniya ilə danışıqlar gedir, o, hətta istefa verə bilər. Danışıqların yeganə predmeti Bjaniyanın istefası və onun yerində müvəqqəti ola biləcəyi ilə bağlıdır”.

Tezadlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, sabiq nazirin sözlərinə görə, "Gürcü arzusu"nun işğal altındakı regionda baş verənlərə hər hansı reaksiya verəcəyini gözləmir. Sabiq nazir bildirib ki, hakimiyyətin susması Gürcüstanın Abxaziyanı öz hakimiyyətini saxlamaq bahasına Rusiyaya verdiyinə işarədir: “Mən əminəm ki, “Gürcü arzusu”nun işğal altındakı Abxaziyada baş verənlərə heç bir reaksiyası olmayacaq. Ən utancvericisi Lukaşenkonun məhz Bicvintadakı bağ evinə görə oraya gəlməsi və İrakli Kobaxidzenin biabırçı fikir bildirməsi idi. Bu susqunluq bizi ona görə narahat edir ki, Gürcüstan açıq-aşkar Abxaziyanı Rusiyaya verir. Ola bilsin ki, “Gürcü Arzusu” Rusiyanın dəstəyi ilə gücünü qoruyub saxladığı üçün bunun bədəlini ödəməlidir”.

Gürcüstanın hazırkı hakimim komandasından bu ittihamlara hələki reaksiya verilməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN