Abxaziya müxalifəti prezident seçkilərinə qədər hakimiyyətin müvəqqəti olaraq respublikanın vitse-prezidenti Bədr Qumbaya verilməsinə razılıq verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” müxalifət nümayəndəsi Levan Mikaa istinadən məlumat yayıb.

“Biz güzəştə gedirik və bu gün vitse-prezident vəzifəsini tutan prezident Badru Qumbanın təyin edilməsi ilə bağlı hakimiyyətin şərti ilə razılaşırıq”, — nəşrdə müxalifətçinin sözləri sitat gətirilib.

O, əlavə edib ki, bir çox müxalifət nümayəndələri bu qərarla razılaşmasalar da, siyasi gərginliyi aradan qaldırmaq üçün bununla razılaşmağa hazırdırlar.

Noyabrın 12-də abxaz müxalifətçilərinin həbsi ilə əlaqədar respublikada etiraz dalğası başlayıb. Onlar Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxıblar. Noyabrın 15-də müxalifət tərəfdarları prezident Aslan Bjaniyaya ultimatum verərək onun istefasını tələb ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN