Fələstin HƏMAS qruplaşmasının xarici rəhbərliyinin yüksək səviyyəli üzvləri keçən həftə Qətəri tərk edərək Türkiyəyə gediblər.
Tezadlar.az bildirir ki, bu barədə “The Times of Israel” adı açıqlanmayan ərəb diplomatına istinadən xəbər verir.
Doha bundan əvvəl Qəzza zolağında müharibəyə son qoymaq üçün vasitəçilik səylərindən imtina etmişdi.
“Adının açıqlanmasını istəməyən ərəb diplomatı bu addımın terror qruplaşması üçün əhəmiyyətini azaltdı və vurğuladı ki, HƏMAS-ın xaricdəki rəhbərliyi onsuz da Qətərdə görüşməyəndə vaxtının çox hissəsini Türkiyədə keçirir”, - məlumatda deyilir.
Noyabrın 8-də Birləşmiş Ştatlar Qətərdən HƏMAS rəsmilərini qrupun 2012-ci ildən ofisi olduğu Dohadan qovmağı xahiş etdiyini bildirib. Bu, HƏMAS-ın girovlarla bağlı təkrar təklifləri rədd etməsindən sonra baş verib.
“The Times of Israel” yazır ki, Türkiyə HƏMAS-a praktiki variant təklif edir, bir halda ki, qrupun diaspor liderlərinin çoxunun ailələri orada yaşayır, Ankara isə rəsmi olaraq HƏMAS üzvlərinə ev sahibliyi edirsə, ABŞ prezidenti Co Bayden administrasiyası ilə gərginlik yarada bilər.
E.ŞİRİNOV