Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC)  25-27 noyabr tarixlərində  Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.

Tezadlar.az xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 160 üzvü, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, dini liderlər və din xadimlərinin iştirakı nəzərdə tutulur.

Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda sülh və təhlükəsizlik, dünyada etimad və həmrəyliyin bərpa edilməsinə aid qlobal problemlərin müzakirəsi planlaşdırılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN