Ötən gecə Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərlə bir arada olub...
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, onu alqışlayanlara "Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri keçirilənə qədər bitməyəcək müqavimət başlayır", - kimi müraciət edərək bildirib.
Məlumat üçün deyək ki, Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
Bu arada Vladimir Putin dünən çıxışında Gürcüstan hökumətindən razı qaldığını bildirib. Bu isə dünya mediasının müzakirə mövzusu olub.
A.Məmmədli