Yenidən Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər...
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu gün saat 18:00 radələrində parlament binasının ətrafına gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar. Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar. Əraziyə çox sayda polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.
Qeyd edək ki, hazırda Batumi, Qori və Poti şəhərlərində də, etiraz aksiyası davam edir.
Qarşıdurma artıq pik həddə çatıb.
A.Məmmədli