Gürvüstanda siyasi gərginlik durmadan artır və artıq dövlət qurumlarının yüksək rütbəli şəxsləri istefa verirlər...
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, ölkə prezidenti baş verənlərlə bağlı bəyanat yayıb. Sitat: "...Qeyri-legitim parlament yeni prezident seçə bilməz, ona görə də inauqurasiya baş tuta bilməz və qanuni seçilmiş parlament olana qədər mənim mandatım davam edir - mən sizin prezident olaraq qalıram!".,- deyən Prezident Salome Zurabişvili çıxışı zamanı qeyd edib. O bildirib ki, sabah (oxu: bu gün. Red.) siyasi partiyalarnan görüş keçiriləcək və proseslərə o, özü rəhbərlik edəcək.
Bu arada ABŞ Gürcüstanla bütün əməkdaşlığı dayandırıb.
A.Məmmədli