Bu səhər Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.

Tezadlar.az Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə istinadla bildirir ki, hadisə bu gün səhər saat 06:40 radələrində Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan üç nəfər - iki kişi və bir qadın Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. O da qeyd edilir ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir... 

Son dəqiqə: Sumqayıtda beşmərtəbəli yaşayış binasındakı mənzildə baş verən hadisə nəticəsində bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN