NATO baş katibi deyib ki, Ukraynaya verilə biləcək bütün hava hücumundan müdafiə sistemləri təmin ediləcək...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Kiyevin Ukraynaya nüvə və digər kritik infrastrukturu qorumaq üçün əhəmiyyətli sayda hava hücumundan müdafiə sistemləri təqdim etmək xahişi NATO tərəfdaşları tərəfindən müsbət qarşılanıb. NATO-nun yeni baş katibi Mark Rutte Brüsseldəki çıxışında belə deyib. Sitat: "
“Ukraynanın kritik infrastrukturunu qorumaq üçün (əlavə hava hücumundan müdafiə sistemləri) alması üçün nə etməli olduğumuzu müzakirə etdik... Bildiyiniz kimi, dünyada hava hücumundan müdafiə sistemlərinin artıqlığı yoxdur, amma tərəfdaşların Ukraynanı dəstəkləyəcəyinə dair dəqiq bir razılaşma var, HHM Sistemləri  Ukraynaya veriləcək...".

Baş katib neçə yeni sistemin və hansı növlərin təmin oluna biləcəyini açıqlamayıb, lakin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün maksimum birgə səylər barədə razılığın əldə edildiyini bir daha vurğulayıb. “Biz təhvil verilə biləcək bütün hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsini təmin etmək üçün əlimizdən gələni edirik...”.

Ukrayna-Rusiya cəbhəsində isə döyüşlər hələ də davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN