Fransa prezidenti Emmanuel Makron hökumətin istefasına baxmayaraq, vəzifəsini tərk etmək fikrində olmadığını bir daha bəyan edib.

TEZADLAR.AZ  xəbər verir ki, Makron bu barədə hökumətin istefasından sonra fransızlara etdiyi müraciətində bildirib.

“Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir. Mən bunu sona qədər tam şəkildə həyata keçirəcəyəm”, - o deyib.

Yayım Yelisey sarayının X-dəki rəsmi hesabında aparılıb.

Qeyd edək ki, çərşənbə günü deputatların əksəriyyəti solçu “Əzilməmiş Fransa” partiyası tərəfindən namizədliyi irəli sürülən Fransanın baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsinin lehinə çıxış edib. 577 deputatdan 331-i onun lehinə səs verib.

Ötən gün - cümə axşamı Barnier istefa ərizəsini təqdim etdi və Makron da qəbul etdi.

Qeyd edək ki, Fransa hökuməti 1962-ci ildən sonra ilk dəfə buraxıldı. O cəmi 90 gün işləyib və ölkə tarixində ən qısa ömürlüsü olub.

Müxalifət dərhal Makronun özünü istefaya çağırdı. Lakn Makron bunu etirazla qarşılayıb və prezident postundan getmək fikrində olmadığını dəfələrlə bəyan edib...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN