Nəhayət, İran da Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, silahlı qüvvələrin elit hissələri) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib. Dekabrın 2-də bu ölkənin XİN rəsmisi İsmail Bəqai bəyan edib ki, İran hərbi müşavirləri Suriyada qalmağa və Dəməşqə “terrorçulara qarşı mübarizədə yardım göstərməyə” davam edəcəklər.

“The New York Times”ın mənbələri həmçinin bildirir ki, bəzi İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi vətəndaşları Suriyanı tərk ediblər. İnsanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.

Suriyada isə vəziyyət artıq kritikdir, hətta Əsədin harada olduğunu özü də bilmir. Prezident nəinki vəzifəsini, həm də başını belə itirib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN