Aksiyaların doqquzuncu günü gecə saat 12 radələrində xüsusi təyinatlılar Parlament önündə və ətrafında keçirilən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməyə başlayıb.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, ilk xəbərdarlıqdan sonra aksiyanın dağıdılmasına başlanlıb. Mövcud məlumata görə, polis Rustaveli prospektini etirazçılardan təmizləsə də, lakin nümayişçilər Respublika meydanına toplaşıblar. Paralel olaraq Respublika meydanına da xüsusi təyinatlılar yerləşdirilib, buna görə də aksiya iştirakçıları faktiki olaraq mühasirəyə alınıb. Polisin müdaxiləsindən sonra aksiya iştirakçılarının böyük bir hissəsi Rustaveli Prospektini tərk edərək Kür çayının sağ tərəfinə doğru yürüş ediblər. Aksiyanın kiçik qrupları isə Rustaveli Prospekti ətrafındakı küçələrə hərəkət ediblər. Qeyd edək ki, aksiya zamanı bir sıra etirazçı polis tərəfindən saxlanılıb. Aksiya səhər saat 6 radələrində başa çatıb. Etirazçılar 7 dekabr saat