Gürcüstan müxalifətinin tərəfdarları Tbilisidə yenidən etiraz aksiyalarına başlayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, etirazçılar Tbilisi Dövlət Universitetinin binası yaxınlığında yürüşə başlayıb və Gürcüstan parlamentinə doğru yürüş ediblər. Onlar əvvəlki etiraz aksiyalarında saxlanılan iştirakçıların azad edilməsini tələb edirlər.
“RİA Novosti” aydınlaşdırıb ki, bu, müxalifət tərəfdarlarının sayca 10-cu yürüşüdür. Dövlət bayraqları və etiraz şüarları ilə etirazçılar Rustaveli prospektini bağlayıblar. Çiçinadze və 9 Aprel küçələrinə polis səfərbər edilib.
Xəbər verdiyimiz kimi, dekabrın 6-da Gürcüstan müxalifətinin liderlərindən biri Levan Tsutskiridze etirazların iki əsas məqsədinin adını çəkib. Birincisi, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması və yeni səsvermənin təyin edilməsidir. İkincisi, siyasi məhbusların və gənclərin dərhal azadlığa buraxılmasıdır, - deyə o bildirib.
E.ŞİRİNOV