Bu gün səhər saatlarında adəti üzrə Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
"Təzadlar"ın əməkdaşı bildirir ki, nəqliyyatın daha çox sıx olduğu A.Cəlilov küçəsində səbrini basa bilməyən sürücülərin siqnal səsləri hazırda ara vermir və ətrafdakı binaların sakinlərinə ciddi narahatlıq yaradırlar...
XXX
Beləliklə, tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
10. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
İşə, məktəbəş bağçaya, xəstəxanaya... tələsən sürücülərə və sərnişinlərə isə səbrli olmağı arzulayırıq!
A.Məmmədli