Ötən gecı İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər. İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin Suriya ərazisinə qoşun yeritməklə bağlı açıqlamaları olub. Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.Bundan əvvəl Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə edilmiş razılaşmanın iflasa uğradığını bildirib.

Sonda:  noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Ötən gün ABŞ prezidenti seçilmiş Tramp isə açıq şəkildə bildirdi ki, ABŞ Suriyada qalmaqda israrlıdır. Bu bəyanatın ardınca Rusiya körfəzdəki hərbi gəmilərini geri aparmağa başlayıb... Bununla belə, Suriyaya qonşu Türkiyə və İran ölkənin xaosa sürüklənməməsində maraqlı olduqlarını bildiriblər. Bəşər Əsəd isə ailəsi ilə birlikdə Moskvada sığınacaq tapıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN