Yaxud, AMEA Tarix və Etnologiya İnstitu direktorunun, görəsən, başqa bir məşğuliyyəti yoxdur???

…Yaxşı xatırlayırıq, ustadımız Bəxtiyar Vahabzadənin ad gününü təbrik etmək üçün  tanınmış hüquqşünas Yaşar Əliyevlə birgə Şəkiyə getmişdik. Xalq şairi Sabir Rüstəmxanlı və Bəxtiyar müəllimin digər istəkli dostları onu təbrik etməyə gəlmişdilər. Bu zaman Bəxtiyar müəllimin ən yaxın ürək sirdaşı və dostu, jurnalistikamızın banilərindən biri Şirməmməd Hüseynov ona zəng etdi. Salamlaşdılar, təbriklərdən sonra Şirməmməd müəllim sözarası qonaqlarının kimliyini xəbər alanda Bəxtiyar müəllim «Təzadlar»ın iki əməkdaşının adını çəkəndə Şirməmməd müəllim müdrikcəsinə belə dedi: «Bəxtiyar, bu qəzetin yazdıqlarını niyə həzm edə bilmirlər? «Təzadlar» lap mollalarının «Molla Nəsrəddin»i daş-qalaq etməsi zamanını xatırladır hərdən mənə…».

 Bunları niyə xatırladırıq: iki ustadımızın haqqa və ədalətə üz tutub söylədiklərini hərdən xatırlayırıq  və deyirik ki, nə yaxşı bizi dürüst qəbul edənlər daha çoxdur… Başa düşməyənlər və intiraqaları ilə başını girləyənlər isə həmişə olub, olur və olacaq. Bizim vəzifəmiz qanmayanları qandırmaq, olduğu kimi görünməyənləri isə güzgüdə-mətbuatda özlərinə tanıtmaqdır!

***

Keçək mətləbə: «Təzadlar» hər kəsin üzünə açıqdır, qanun və qayda çərçivəsində bütün nöqsanları, yaxşıları… cəmiyyətə çatdırmaq jurnalist borcumuzdur. Amma və lakin… Saytın son buraxılışlarının birində həm də AMEA Tarix və Etnologiya İnstitutunda çalışan qadın əməkdaşlara qarşı olan təzyiqlərdən bəhs olunan konkret fakt qeyd edilmişdi. Adi bir media xəbəri. Əgər yalandırsa, Kərim Şükürov boş-bekar adamdı, reaksiya verə bilərdi ki, fakt təsdiqini tapmayıb və s. Biz də əgər yalnış xəbər idisə, «günahımızı» yuyardıq. Amma Kərim Şükürov yenə də meydan hərəkatındakı hay-küylü ab-havası ilə bizi təhdid etdirməyə başladı. Son yazının şərh bölümündə (saytda) özünün elmi katibini və digər əlinin altında- təzyiq altında saxladığı işçilərini ora əleyhimizə yönəli nəsə yazmağa təhrik etdirmişdir.

 Açıq deyək, həmin məcbur edilənlərdən birinin bizə dolayısı ilə göndərdiyi məlumatında bu  barədə deyilirdi. Hətta bildirilir ki, Kərim Şükürovun «Şərh yazın!» əmrinə tabe olmayanların da kişiyanə mövqeləri bizə bəllidir.

Nə isə… Tamilla Kərimova-Kocayeva İnstitutun «Azərbaycan Respublikasının tarixi» şöbəsinin aparıcı elmi işçisidir. Çox yaxşı. Biz bu xanıma qarşı da edilmiş haqsızlığı yazmışdıq. Özü də çox qısa şəkildə. Bu gün məlum olur ki, xanım öz mövqeyini bizə bildirmək əvəzinə, K.Şükürovun göstərişi ilə institutun FB səhifəsində cavabını paylaşıb. Amma faktın baş verdiyini etiraf etmə şərti ilə… Təsəvvür edirsinizmi, media qayda-qanunlarından, işgüzar nüfuzdan… danışanlar medianın işgüzar nüfuzuna xələl gətirərək açıq təhqirə keçir. Xanım əməkdaşa yaraşdırmırıq nədəsə vasitə olsun, amma hörmətli Tamilla Kərimova-Kocayeva bilmir ki, onun bu ictimailəşdirdiyi açıqlaması Azərbaycan CM-nin 148-ci maddəsinə tövsif olunan cinayət əməlidir. Yaxşı, Kərim Şükürov bunu bilmir, bəs xanım işçisini niyə cinayətə sürükləyir? Duraq onsuz da institutda günü göy əskiyə bükülmüş xanımı məhkəməyə verəkmi?!

 Beləliklə, müdafiə etdiyimiz-institutun  “Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi Tamilla Kərimova-Kocayeva institutun FB səhifəsində nə gəldi yazır: Kərim Şükürovun institutut əməkdaşlarına atalıq qayğısından tutmuş, onun dünya miqyaslı fəaliyyətinədək, hər şeydən… Gülməlidir!

 Hətta redaksiyanı və məlumat verən mənbəni təhqir etməkdən belə çəkinmədən! Neyləyək, hələlik qadınlığına keçirik… «…Bizim direktor professor Kərim Şükürov çox ləyaqətli, demokratik, novator, dürüst, tələbkar insan, əsl alimdir…» deyən xanım əməkdaş ən azı təriflədiyi direktorunun barəsində AMEA-da nələrin danışıldığını bilirmi görəsən?! Bizcə, bilməsə yaxşıdır…

***

 Başqa nə deyək, təki xanım tezliklə Kərim Şükürovun atalıq qayğısı ilə Prezident yannıda AAK-da müdafiəyə buraxılsın. Amma xanım bilmir ki, Kərim Şükürov onun adını bu şəkildə hallandırması ilə elmə yoluna tikanlı məftillər də çəkib. Necə və hansı formada, bunu sonra deyərik…

«Təzadlar»

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN