Bu gün Gürcüstanda səfərdə olan Avroparlamentarilər Prezident Salome Zurabişvili və müxalifət nümayəndələri ilə görüşdən sonra mətbuata açıqlamalar veriblər.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Litvalı Avropa Parlamentinin deputatı Rasa Yukneviciani jurnalistlərə müsahibəsində qeyd edib ki, Gürcüstan Avropa İttifaqı üçün mühüm ölkədir. O bildirib ki, hakim partiya Avropa İttifaqının tələblərinə əməl etməlidir. Sitat: “Amma mən bunu da açıq şəkildə bildirmək istəyirəm ki, hakim partiyanın ötən illərdə az-çox ədalətli seçkilərdə seçildiyi, indi isə zorakılıq yolu ilə bunu davam etdirməyə çalışması Aİ-yə üzvlüklə bir araya sığmır".

Almaniyalı deputat Tobias Kremer isə bildirib ki, hakimiyyətin son dövürlər sərgilədiyi mövqe, sanksiyalarla nəticələnə bilər: "Gürcü xalqının üzünə Avropanın və azadlığın qapısı açıqdır. Bizim üçün vacibdir ki, gürcü xalqı bu yolla getmək istəyir, ya yox, bunu özləri qərar versin, ona görə də biz buradayıq. Əgər Gürcüstanda gürcü xalqının bunu etmək imkanına xələl gətirən qüvvələr varsa, Gürcüstanda konstitusiya ilə müəyyən edilmiş demokratik standartları pozan qüvvələr varsa, buna etirazımızı bildirmək üçün müxtəlif tədbirlər görüləcək. Amma bizim mesajımız aydındır, biz gürcü xalqının tərəfindəyik, bu onların qərarıdır, Kremlin və ya ayrı-ayrı hökumət üzvlərinin deyil. Gürcü xalqı öz gələcəyini özü təyin etməlidir. Bu gün isə baş verənlərdən sonra sanksiyalar son çarədir. Əgər lazım gələcəksə, o zaman tətbiq olunacaq, lakin biz ümid edirik ki, indiki hökumət sanksiyalardan qaçmağın ən yaxşı yolunun gürcü xalqının Avropa iradəsini yerinə yetirmək olduğunu başa düşəcək”, - deyə Tobias Kremer bildirib.

 Qeyd edək ki, Gürcüstanda səfərdə olan Avroparlamentarilər QHT nümayəndələri ilə də görüşlər keçiriblər. Ölkədə siyasi gərginlik pik həddə çatıb. Sanksiyaların isə sayı durmadan artır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN