Ukraynada elektrik enerjisinin verilişində profilaktik fasilələr tətbiq edilir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Kiyev də daxil olmaqla bir sıra regionlarda hava hücumu xəbərdarlığı elan edilib.

Dekabrın 21-də Rusiya Ordusu Ukraynanın Hərbi Sənaye Kompleksinin müəssisələrinin fəaliyyətini təmin edən enerji obyektlərinə zərbələr endirib, - Müdafiə Nazirliyi bildirir.

Atəş əməliyyat-taktiki aviasiya, hücum PUA-ları, raket qoşunları və Rusiya Silahlı Qüvvələrinin qruplaşmalarının artilleriya bölmələri tərəfindən həyata keçirilib.

Baş nazir Denis Şmıqal Ukraynada enerji sistemində çətin vəziyyətin qaldığını bildirib. Xüsusilə, məcburi işıqlandırma cədvəllərindən istifadə olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN