Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik ünvanlayıb.

Tezadlar.az bildirir ki, məktubda deyilir: “Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyi, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəni yüksək qiymətləndirirəm. Ukrayna üçün bu çətin zamanda, Rusiya təcavüzünə qarşı mübarizədə azadlığı və müstəqilliyi müdafiə etdiyimiz vaxtda tərəfdaşlarımızın dəstəyi xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, birgə səylərlə ölkələrimiz bütün sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirəcək və bu, dövlətlərimizin təhlükəsizliyinə və rifahına töhfə verəcəkdir. Hörmətli cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məsul dövlət fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN