Qazaxıstan Respublikası Senatınının sədri Maulen Aşımbayev Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.
TEZADLAR.AZ xəbəbr verir ki, bu barədə Kazpravda.kz Qazaxıstan Respublikası Senatının Teleqram kanalına istinadən məlumat yayıb.
Senatın sədri zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. O, həmçinin qeyd edib ki, dövlət başçısının tapşırığı ilə xilasetmə əməliyyatı çərçivəsində bütün zəruri tədbirlərin görülməsi üçün dövlət komissiyası yaradılıb.
Bundan əlavə, ölkə prezidenti Kasım Jomart Tokayev Astanadan bir qrup həkim və tibb işçisinin Aktauya göndərilməsi və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə də göstəriş verib.
Senatın sədri qeyd edib ki, fövqəladə vəziyyətdən zərər çəkmiş şəxslər üçün qan vermək üçün növbəyə duran Manqistau vilayətinin sakinlərinin vətəndaş mövqeyi və qayğısı böyük hörmətə layiqdir.
JASMİN