Rusiya banklarından birinin direktorlar şurasının keçmiş sədri və idarə heyətinin keçmiş üzvləri 1,4 milyard rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunurlar.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Şübhəlilər Rusiya banklarından birinin direktorlar şurasının keçmiş sədri və idarə heyətinin üzvləridir. Onlar nəzarət edilən maliyyə qurumunun vəsaitlərini mənimsəməkdə ittiham olunurlar", - Telegram kanalı bildirib.
Qeyd olunur ki, təqsirləndirilən şəxslər 2016-cı ildə vəzifə səlahiyyətlərindən istifadə edərək bankla cinayətkarlardan biri arasında alqı-satqı müqaviləsi bağlayıblar. İstintaqın məlumatına görə, bankir özünün qədim sikkə kolleksiyasını saxta sənədlərdən istifadə etməklə quruma sataraq, əməliyyatın dəyərini 3 dəfədən çox şişirdib.
Hadisəni törədən şəxslər tutularaq barələrində həbs-qətimkan tədbiri və ev dustaqlığı seçilib. Təşkilatçı beynəlxalq axtarışdadır.
Daha əvvəl məlumat verilmişdi ki, Federal Tibbi və Bioloji Agentliyin (FSNCC FMBA) Federal Sibir Elmi-Klinik Mərkəzinin keçmiş baş direktoru 16,5 milyon rubldan çox pul almaqda şübhəli bilinərək saxlanılıb.
E.ŞİRİNOV