Cənubi Koreya kəşfiyyatı bildirib ki, Ukraynaya qarşı müharibədə ən azı 300 Şimali Koreya əsgəri həlak olub, daha 2700 əsgər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti hakim Xalq Gücü Partiyasının sözçüsü Li Sonq Kvenlə bu məlumatı parlamentin kəşfiyyat komitəsinin qapalı iclası zamanı digər qanunvericilərlə paylaşıb.
Kəşfiyyat orqanları yeni əldə edilmiş döyüş videosunu da təhlil edərək bildiriblər ki, Moskvanın Ukraynadakı müharibəsinə dəstək üçün göndərilən Şimali Koreya əsgərlərinin “kütləvi itkiləri” onların “müasir müharibəni başa düşməmələri”, o cümlədən pilotsuz təyyarələrə “boşuna” atəş açmaları ilə bağlıdır. Kəşfiyyat, həmçinin iddia edib ki, Şimali Koreya Ukrayna qüvvələri tərəfindən əsir düşməmək üçün əsgərlərin son anda özlərini öldürməyi tapşırırmış. Ukraynanın əsir düşmüş 2 Şimali Koreya əsgərinin videosunu yaymasına münasibət bildirən Li, “müharibə əsiri Cənubi Koreyaya qayıtmaq arzusunu ifadə etmədiyini” vurğulayıb.
Lakin Rusiya Müdafiə Nazirliyi bu faktları hələki təkzib etmir.
Beləliklə, bu və ya digər faktlar bunlar sübut edir ki, Rusiya orducunda döyüşə göndərilənlər arasında rus gənclərinin imtinası faktları çoxdur, döyüşçü qıtlığı var.
A.Məmmədli