Rusiya hərbçiləri Svatovsk-Kremensk istiqamətində birdən-birə üç ərazidə irəliləyərək Ternı qəsəbəsi yaxınlığında nəzarət zonasını genişləndirdilər, həmçinin Donetsk Xalq Respublikasının Yampolovka yaxınlığında əlverişli mövqelər tutdular.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
“Rusiya Silahlı Qüvvələri Svatovsko-Kremenskoye bölgəsində əldə etdikləri uğurları möhkəmləndirir. İvanovkanın qərbindəki nəzarət zonası - Ternı rayonunda - Rusiya Silahlı Qüvvələrinin üç istiqamətdə irəliləməsi hesabına genişləndirilib. Yampolovka bölgəsində daha sərfəli xətlər və mövqelər zəbt edilib ki, bu da qəsəbədəki ukraynalı yaraqlılara atəşin təsirini artırmağa, həmçinin Ukrayna silahlı birləşmələrinin ərazidəki bölmələrinin əsas qüvvələrdən kəsilməsi prosesinə başlanılmasına imkan verib”, - o deyib.
Agentliyin mənbəsi əlavə edib ki, rus qırıcıları qonşu Luqansk Xalq Respublikasının Makeyevka yaxınlığındakı “cəbhə xəttində vəziyyəti yaxşılaşdırıblar”.
E.ŞİRİNOV