ABŞ prezidenti Donald Tramp yenidən Rusiya rəhbərliyinə müraciət edib...

Tezadlar.az CNN- ə istinadla bildirir ki, "Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək, bu isə arzu olunan hal deyil...",- deyən ABŞ Prezidenti həm də bildirib ki, Ukraynada vəziyyətin nizamlanması ilə bağlı saziş imzalamağın vaxtı çatıb: “Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük verirəm. Rusiyaya zərər vermək istəmirəm".

Tramp rus xalqını sevdiyini və Prezident Vladimir Putinlə həmişə yaxşı münasibəti olduğunu deməyi də unutmayıb. Rusiya prezidentinin sözçüsü Peskov isə fərqli cavab verib. Deyib ki, Rusiya sanksiyalara artıq öyrəşib... Bu açıqlama ABŞ- da birmənalı qarşılanmayıb. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN