Nəhayət, məlum oldu ki, Lavrov-Mirzoyan danışıqları üç saat davam edib...
Tezadlar.az "Ria Novosti" yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu barədə danışıb. bildirib. O, yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb. Zaxarova deyib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb, söhbət üç saat davam edib. Sitat: "Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub”.
Bəs qapılar arxasında nədən danışılıb? Yenədəmi Qarabağ ermənilərinin qayıdışı əsas müzakirə mövzusu olub?
A.Məmmədli