Baş Prokurorluq İsmayıllıdan sonra Ağsu Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdi...

Rayonun ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib. Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir.

XXX 

Xatırladırıq ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qanunsuz hərəkətləri ilə bağlı təkcə son günlər rayonun tanınmış ziyalıları və zərərçəkmişlər tərəfindən Baş Prokurorluğa və Prezident Administrasiyasına çoxsaylı şikayətlər göndərilib. "Təzadlar"ın əldə etdiyi məlumata görə, həmin şikayətlərdə Nahid Bağırov və icra başçısının müavini Mahmud Süleymanovun barəsində konkret faktlara istinad edilməklə onların qanunsuz əməlləri əks olunur. Eləcə də, 3 ildir icra başçısı Nahid Bağırov tərəfindən süni məhkəmə iddiaları ilə qanuni dövlət sənədləri ilə icarəsində olan 100 ha torpaq sahəsində taxıl əkinindən məhrum edilən ( baxmayaraq ki, RİH başçısı bütün məhkəmələri uduzmaqdadır), bununla da külli miqdarda ziyana salınan fermer Teyyub Əli oğlu Abdullayevin də Baş Prokurorluğa və Prezident İlham Əliyevə ünvanlı şikayəti bu qəbildəndir...

Əlavə məlumat veriləcək.

"Təzadlar"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN