İstefa ərizəsi yazıb tutduğu vəzifəsindən getmək istəyənlərin adına az-az rast gəlirik, amma bu dəfə bu Gəncədə baş verdi...

Tezadlar.az Təhsil Nazirliyinin saytına istinadla bildirir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib. Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb və bu əmrə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib. Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib. Hansı ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.

Amma hələ də sual cavabsız qalır ki, niyə ilin-günün bu vaxtında Xəyal Məmmədov istefa ərizəsi yazıb? Onu buna məcbur edən səbəb nə olub? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN