Tbilisinin girişində davam edən etiraz aksiyasında polislə etirazçılar arasında fiziki qarşıdurma yaşanıb.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qarşdurma zamanı bir neçə müxalifət lideri saxlanılıb Məlumata əsasən, qarşdurma zamanı müxalifət liderləri Nika Melia, Gigi Uqulava və Tenqo Tevzadze saxlanılıb.
Qeyd edək ki, etirazçılar yolu bağlamağa çalışıblar, hüquq-mühafizə orqanları isə nümayişçilərə yolu təmizləməyə çağırıb.