...Xalq şairi Rəsul Rza haqqında yazmaq elə də sadə və asan deyil və bu qə-naətə gəlməyim təsadüfi sayılmasın.

Bunun bir səbəbi yeni Dünya poeziyasının milli çərçivəyə salınmamasıdır! Qənaətimcə, Rəsul Rzanın şeir sənəti hələ lazımi səviyyədə açılmamışdır. Böyük sənətkarın yaradıcılıq taleyinə bəlkə qəribədir, bəlkə də təbiidir ki, onu anlamamaq, idrak etməmək qisməti düşmüşdür. Ötən əsr-dən Rəsul Rzanın elə əsərləri “süzgəcdən” keçirilib, “təftiş” olunub və gündəmə gətirilib – ancaq çiyinlərini çəkirsən. Yaşım müqabilində həmin tənqidçiləri də görmüşəm, və o fikrimdə qalmışam ki, elə əsərlər var taleyinə repressiya düşübdür! O əsər yaşamaq üçün doğulubdur, bir müddət yaşayıb da. Lakin zaman və onun kölgəsində fırlanan əliqələmlilər həmin əsərə “ölüm” hökmü oxumuşlar. Belə bir tale məhz Rəsul Rza poeziyasına da tuşlanmışdır. Bunun bəzi sosial və psixoloji səbəbləri vardır. Siyasi sistemin quyruqbulayan məmurları, ədəbiyyat haqqında bə-sit zövqə malik olan əliqələmlilər və qısqanclıq hissilə nəfəs alanlar, bu “üçlüyü” birləşdirəndə bir nəticə o olur ki, əsərə nə adı ilə, nə subyekti ilə, nə də mətni ilə yanaşıb qiymət vermək yalnız mənfi mənada sadəlövhlükdür, xüsusilə, poeziyanın, yaxud bu əsərin poetikasını açmağa idrakı çatmayanın premitiv zövqüdür, estetik-likdən məhrumluğudur! Necə ki, ötən əsrin 50-ci illərində Azərbaycan poeziyasın-da nadir incilərdən sayılan, hətta İttifaq şeirində şedevr poema qiymətində oxunan, “Lenin” poeması çox “layihələrin” güdazına düşdü. Bu ifadəni mənim işlətməyim təəccüblü gəldi, ona görəmi əsərin adı Lenindir? Ona görəmi inqilabçı haqqın-dadır? Ona görəmi bu poemanı Azərbaycan şairi yazıbdır? Hamımıza “İnsan” deyilir, lakin müxtəlif adlar qoyulur, məgər bu ismin insanı kölgə altına çəkməsi insanlığa yabançıdırmı? İnsan öz əzəmətini qoruyur! Böyük psixoloq S.L.Rubinşteyn yazmışdır ki, bütün canlıların tarixi mövcuddur, lakin insanın tarixi inkişaf edir.

***

Bu mövzu barədə yazmağa elə asanlıqla qərara gəlməmişəm: xeyli səbəblər ortaya çıxdı – mənfi, yaxud müsbət yanaşmalar. Bəlkə də bu iki qütb yanaşı fik-rimdə səslənməsəydi – niyyətimdən yan keçərdim:

Birincisi, daha sübutuna ehtiyac yoxdur ki, Xalq şairi Rəsul Rza milli poezi-yamızda öz dəsti – xəttini (başqa terminlə də əvəzləmək olardı) yaratmış, otuzuncu illərdə şeirimizə gələn onlarla istedadlı gənclər arasında özünün fərdi üslubunu (hə, gəldi o istilah) diqtə etdi.

İkincisi, gördüyü, duyduğu həyat həqiqətlərinə fəlsəfi – estetik münasibə-tində sosial – mənəvi şüurunun diqtəsini daxili həyəcanı ilə cavablandırdı.

Üçüncüsü, poeziyasının nikbin kontekstində emosional mühakiməsinə üs-tünlük verdi, sərbəst obrazlı epik tərənnümün yeni mizanlarını tapdı.

Dördüncüsü, ictimai (sosial) hisslə şəxsi intim hissin harmoniyasını lirik – obrazlı deyimlə birləşdirdi.

Beşincisi, poeziyasında: lirik – əqli intellektuallığında öz şəxsiyyətinin vü-qarlı, əyilməz obrazına mərhəm oldu.

Altıncısı, əllinci illərin Sovet məkanında alternativsiz, birmənalı qiymətini almış poemanın qəfil “səhnədən” düşməsi haqsızlığı.

Yeddincisi, bu sətirlərin müəllifinin, eləcə də müharibədən sonrakı nəsillərin poemadan məhrumluğu – dərsliklərdən çıxarılması, xüsusilə, müstəqilliyimizdə ye-ni nəslin mütaliəsindən kənarlaşdırılması, haqqında yazılmaması həqiqəti. Bütün bunlar son dərəcə yüksək bədii pafosla, lirik düşüncənin poetik fəallığı ilə qələmə alınmış poema barədə bitkin fikir söyləməyə də azlıq edir. Adətən, dəyişən ictimai – siyasi və mənəvi əxlaqi sistemlərdə ayrı-ayrı tarixi şəxsiyyətlərə həsr olunmş iri-həcmli poetik əsərlərdə yanaşma tərzi sırf sənətkarlıqdan – poetikadan deyil, fərdi zövqlərdən, siyasi maraqlardan irəli gəlir. Beləliklə, tarixilik, tarixi şəxsiyyətin təs-viri bədii əsərin ümumi poetik səciyyəsinə qalib gəlir. Poemanın ideya – məzmun mündəricəsi Sovet siyasi – sisteminin banisi V.İ.Leninin fəaliyyəti fonunda verilmişdir. Bu 70 ildə biz azəri – türkləri də olmaqla, nələrə yiyələndik – imza at-dıq. Gəlin, buradan əsərə baxaq və heç də Lenin Azərbaycana gəlib, bizim əli-mizdən tutmamış, gecə növbəsinə rəhbərlik etməmiş, “mədəniyyət dərsi” (geniş mənada) verməmişdir. Lakin yeni dünyagörüşlü insanın formalaşdırılması: onun bilik və bacarıqlarının təkmilləşdirilməsi, əhalinin ideya – siyasi beynəlmiləl və və-tənpərvərlik tərbiyəsi, əxlaqi – estetik və maarifçilik səviyyəsinin yüksəldilməsi dövlətin idarə edilməsində əsas şərtlərdən sayılmışdır. Bu günün rakursundan ba-xanda bizim özümüzün baxışlarımız əxlaqi əqidə xarakterlidir, əxlaqi münasibət-lərdə yeni tiplər yaranmışdır, habelə intiharlar, qətllər, eyforik sərvət hissi, idarə-çilikdə şəxsi münasibətlər və s. istisna deyil. Rəsul Rza bir şair olaraq hər şeyi gör-müşdü. Biz də Lenin ideologiyasına eyforik yanaşmırıq (və mənim idealım da ol-mamışdır), onun bir fikrini xatırladırıq: “Əxlaqi tərbiyədə, foksda olduğu kimi, tə-limlə tərbiyənin nəticələri birləşməlidir. Hazırkı gənclərin bütün tərbiyə, təhsil və təlim işi onlarda kommunist əxlaqını tərbiyə etməkdən ibarətdir (Əsərləri, 31-ci cild, səh. 290-291).

Lenin tipik rus olsa da, onun üzündə rus – monqol əlamətləri yox deyildir, xarakterində tipik rus cizgiləri də həmçinin. Onda sadəlik, bütövlük, kobudluq, ri–torikaya nifrət, əxlaqda nihilizmə meyl də. Bu barədə yazanlar doğru olaraq gös–tərirlər ki, Lenin bəzi cizgilərinə görə, L.Tolstoyda dahiyanə şəkildə ifa-dəsini tap–mışdır. L.Tolstoyun daxili dünyasının mürəkkəbliyini mənimsəməmişdi. Lenin barədə belə bir yanaşma da mövcuddur ki, o, tipik rus ziyalısı deyildir, onda rus –ziyalı – sektantının əlamətləri rus dövlətini qurub – yaratmış rus adamlarının ciz–gilərilə qarışmışdır. Lev Tolstoy yanaşmasında: o, özündə Çernişevski, Neça-yev, Tkaçev və başqalarının cizgilərini, böyük rus knyazlarının, müstəbid tipli rus dövlət xadimlərinin əlamətlərini birləşdirmişdir. Onun fizionomiyasının orijinallığı bunda idi.

Poemada heç də Leninin bu sadalanan cizgilərinin və şəxsi keyfiyyətlərinin təsviri bir məqsəd olaraq qarşıya qoyulmamışdır. Əlavə etsək ki, o, qayda – qanu-nu, intizamı sevmişdir, yaxşı ailə adamı idi və evdə tək işləməyi xoşlayırdı – nü-munədir. Rus radikal ziyalıları kimi kafelərdə uzun mübahisələrə nifərti vardı, anarxizmə nifrətini də gizlətmirdi. Bir səciyyəvi detalı xatırlatmaq yerinə düşər ki, Lenin rəhbər ikən kommunist təkəbbürlüyünü və kommunist uydurmasını darma-dağın edirdi. Eyni zamanda kommunist partiyasında “solluq uşaq xəstəliyi”nə qarşı mübarizədən çəkinmirdi. Bəzi siyasətçilər, əgər demək mümkünsə, siyasətə şəxsi maraqları dairəsində baxanlar Lenin barədə mənfi miflər axtarmışlar və gizli deyil-dir ki, onun ölümündən sonra Stalin qaragüruhu baş qaldırdı və Sovet sistemini nü-fuzdan saldılar. Və bu, tədricən müsəlman respublikalarında əksini tapdı. Rəsul Rza savadlı, intellektual, sosial dünyagörüşlü şairdi və bu poemanı yazana qədər Lenindən danışan Tolstoyu da, Qorkini də, Berdyayevi də dərindən oxumuşdu. Onun I Pyotrla oxşar cəhətlərini qeyd etməliyik və Rusiyanı dağılmaqdan qorumaq naminə tiranlığa da yol verdi. Bilməliyik ki, qəddar siyasət yeritmək, hələ zalımlıq deyildir. Əks halda, faktdır ki, elita eşalonunda vəzifə daşıyanlar sui – istifadəyə daha çox üstünlük verirlər. Leninin şəxsi həyatında, o cümlədən, qardaşının siyasi işilə bağlı edamı, onda insanlara ümidi söndürmüşdü, inanmırdı ətrafına. Lakin hə-yatı elə qurmaq istəyirdi ki, insanlara yaşamaq asanlaşsın, insanın insan tərəfindən istismarına yol verilməsin. Lenin haqlı idi ki, filosoflardan Maxa və Avenariusa, Nitsşeyə vurğunluğu ilə onun bolşevik dünyagörüşünün bütövlüyünü pozurdu, mü-barizəsində ləngimələr yaradırdı. Maraqlıdır ki, onun ədalətsizliyə, zülmə, istis-mara tabı yoxuydu, lakin qısa zaman kəsiyində xeyirlə şər arasındakı vasitəsiz fərqi itirməli oldu, hətta hiyləyə, zora imkan verdi, canlı insanlara səmimi münasi-bətdən uzaqlaşdı – xeyli dərəcədə. Buna baxmayaraq Lenin təmənnasız, ciddi ha-kimiyyətpərəst, şöhrətpərəst olmamış, özü haqqında az düşünmüşdür. Təəssüf ki, bir ideyaya eyforilik dəhşətli məhdudluğa, mübarizədə qeyri – əxlaqi vasitələrə əl atmağa gətirdi, bir sözlə, tale adamına çevrilməyi bacardı.

Rəsul Rza Lenin barədə çətin və ciddi mövzuya (Zaman və Məkan anla-yışlarını təəssüf ki, unuduruq. Sanki Dünən elə bu gün imiş) girişəndə eyni bir sis-temin obyektiv hadisələrinin fəlsəfi – sosial təhlilini fərqləndirməyi bacarmışdır: real sistemə uyğun real şəraitin proqnozlaşdırılması. İdeologiya, onun liderlərinə münasibəti dəyişir: lazım gəlir ki, yaşanan sistem, onun ideoloji mühiti arasındakı ahəng bir-birini tamamlasın, təbii ki, şair, yaxud yazıçı siyasət adamı deyil və daha çox üstünlüyü bədii obraza verir, hərçənd, qəhrəman (obraz) obyektiv proseslərin icrasına, xalqa yararlığına diqqət kəsilir. Bütövün və onun hissələrinin davranışı: yəni obyektiv (ideologiya və onun daşıyıcıları) kiçik sistemlərdən ayrılmır, hər ikisinin (bütövün və kiçiyin) əlaqəliliyi təmin olunmalıdır. Deyək ki, sosializm sis-temi haradasa daha böyük quruluşun bir hissəsi kimi funksiyasıını yerinə yetirmə-lidir. Sovet sistemi (quruluşu) şairin təsvirində cəmiyyətin ritmlərinə, harmoniya-sına sistemlə yanaşmalıdır, şəxsi maraqlar, zövqlər, mənfi emosiyalar idarəetmə-dən kənarda dayanmalıdır. V.İ.Leninin fikridir: Ümumi yalnız ayrıca da, ayrıcanın vasitəsilə mövcuddur. (Əsərləri, 29-cu cild. Səh.336). Rəsul Rza bu formulun poe-tik ifadəsini vermişdir:

 Damla dənizdə yaxşıdır,

Damlasız dəniz olmaz.

Damla dənizdən ayrılsa,

     Qumlarda pünhan olar...

(1-ci hissə)

Davamı var)

Allahverdi Eminov,

yazıçı-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN