Fevralın 3-nə keçən gecə Ukrayna pilotsuz təyyarələri Rusiyanın Həştərxan və Volqoqrad vilayətlərində yanacaq-energetika obyektlərinə hücum edib.

Tezadlar.az "Reuters"ə istinadla bildirir ki, Həştərxanın qubernatoru İqor Babuşkin bu barədə məlumat yayıb. Babuşkin bdeyib ki, Ukrayna Silahlı Qüvvələri bölgədəki obyektlərə, xüsusən də yanacaq-energetika obyektlərinə pilotsuz təyyarələrlə hücum etməyə cəhd edib. "Pilotsuz təyyarələrdən birinin qəzaya uğraması nəticəsində yanğın baş verib, tələfat yoxdur...”.

Babuşkin hansı obyektin vurulmasını dəqiq deməsə də, Rusiya xüsusi xidmət orqanlarına bağlı olan Baza Telegram kanalı Həştərxan yaxınlığındakı qaz emalı zavoduna hücum barədə məlumat yayıb. Rosaviasiya, həmçinin Həştərxan, Kazan, Nijnekamsk, Saratov, Ulyanovsk, Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında uçuşları dayandırıb. Oxşar məhdudiyyətlər Volqoqrad hava limanında da tətbiq edilib, burada da neft emalı zavodunda partlayışlar baş verib və şəhərdə elektrik enerjisi kəsilib.
“Volqoqrad sakinləri hava hücumundan müdafiə sisteminin əməliyyatı zamanı azı 50 partlayışı hesablayıblar”, - BAZA xəbər verir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya neft emalı zavodlarına zərbələr Rusiya ordusunu təmin edən yanacaq istehsalını dayandırmaq məqsədi daşıyır. "Volqoqrad Neft Emalı Zavodunun Rusiya ordusuna verdiyi benzin, dizel yanacağı, mazut və aviasiya yanacağının istehsalını dayandırması vacibdir", - Kovalenko qeyd edib.
Rusiya Müdafiə Nazirliyi də etiraf edib ki, Rusiyanın hava hücumundan müdafiəsi bir gecədə Rusiya ərazisi üzərində 70 Ukrayna pilotsuz təyyarəsini, o cümlədən 25-i Volqoqrad vilayəti, 27-si Rostov vilayəti və 7-si Həştərxan vilayəti üzərində ələ keçirib və məhv edib. Ötən gecə hücuma məruz qalan Volqoqrad neft emalı zavodu isə ildə təxminən 14 milyon ton neft emal gücü ilə Rusiyanın ən böyük zavodlarından biridir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN