Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
Tezadlar.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadla bildirir ki, qurumun bu gün keçirilən iclasında bu məsələ müzakirə edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib: "Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".
Sonda Bəcirəvan kənd bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.
Digər bir neçə məntəqələrdə də araşdırmalar aparılır.
Y.Məmmədli