Bu gün səhər saatlarında Moskvanın Şukino rayonunda, Aviatsionnaya küçəsindəki “Qırmızı yelkənlər” elit yaşayış kompleksinin birinci mərtəbəsində partlayış baş verib. Nəticədə, şüşə və alçıpan tavana ziyan dəysə də, yanğın olmayıb. Partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.

Yaralılardan biri Donetsk Xalq Respublikasının (DXR) Boks Federasiyasının rəhbəri Armen Sarkisyandır. Təcili yardım xidmətinin məlumatına görə, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları partlayışın məqsədinin adam öldürməyə cəhd olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisə yerinə Şimal-Qərb İnzibati Dairəsinin prokuroru Maksim Kiselev gəlib. Bu dəqiqələrdə paytaxt İstintaq Komitəsinin müstəntiqləri və kriminal ekspertləri əməliyyat xidmətləri ilə birlikdə hadisə yerinə baxış keçirirlər. Polisə zəng edən şəxs qumbara partlaması xəbərini verdiyi üçün təhlükəsizlik qüvvələri sui-qəsd cəhdi ehtimalını nəzərdən keçirir.

TASS əməliyyat xidmətinin nümayəndələrinə istinadən xəbər verir ki, Moskvanın “Qırmızı yelkənlər” yaşayış kompleksində DXR Boks Federasiyasının rəhbəri Armen Sarkisyana qarşı sui-qəsd sifarişli və diqqətlə planlaşdırılıb.

armen-sarkisyan

"Sarkisyana qarşı sui-qəsd diqqətlə planlaşdırılıb və sifarişli qətl olub. Hazırda müstəntiqlər cinayəti sifariş edənləri müəyyənləşdirirlər", - agentliyin mənbəsi bildirib.

"Partlayıcı qurğunu kim və necə yerləşdirdiyi müəyyənləşdirilir", - agentliyin mənbəsi bildirib.

Üstəlik, yaşayış kompleksində işə salınan partlayıcı qurğunun gücü, ilkin məlumatlara görə, təxminən 300 qram trotil ekvivalenti olub. Mütəxəssislər partlayış nəticəsində zədələnmiş liftləri yoxlamaqda davam edirlər, - deyə fövqəladə hallar xidmətinin nümayəndəsi “RİA Novosti” ilə söhbətində aydınlıq gətirib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN