...Yüksək vəzifəlinin rüşvət alması təkcə cinayət deyil, həm də ikiqat cinayətdir, dövlətə, Prezidentə və xalqa xəyanətdir! 

Tarix həmişə sübut edib ki, belələrinin aqibəti acı olub... Budur, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun da aqibəti bu sayaq. Onun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci il yanvarın 6-na təyin edilib. Cinayət işi hakim Xamməd Nuriyevin icraatında araşdırılacaq. 

  N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Rüşvəti buna görəmi alırdı? O pul ki, indi səni xilas edə bilmir, əksinə, səni azadlıqdan məhrum etdirir, bu kimə lazımdır???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN