Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Tezadlar.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin təfərrüatları araşdırılır.