Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə” davam etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “Hürriyyət” qəzeti sitat gətirir.

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edirik. 2022-ci ildə ölkəmizin vasitəçiliyi ilə bağlanmış taxıl müqaviləsi sayəsində dövriyyəyə 33 milyon tondan çox taxıl daxil olub”, - deyə Fidan bildirib.

Nazir Türkiyənin Qara dənizdə gəmiçiliklə bağlı Rusiya və Ukrayna ilə danışıqları davam etdirdiyini vurğulayıb.

Fidan həmçinin bildirib ki, Türkiyə hakimiyyəti Ukraynada sülh gündəmini daha da inkişaf etdirmək niyyətindədir və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə hazırdır. Yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya ilə Ukrayna arasında münaqişə daxil olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN