...Ötən il bu vaxtlar Bakıxanov qəsəbəsində kiçik bir yeməkxanada on-on beş dostla onun anadan olmasının 70 illiyini qeyd elədik. Başka dostları da ayrı-ayrı yerlərdə beş-on nəfərlə onun yubileyini qeyd etmişdilər. Ona, əməyinə dost-tanışının dəyər verməsinə sevinirdi. Amma içində bir nisgil vardı. Gözləyirdi ki, rəsmi dairlər, çalışdığı BDU rəhbərliyi onun yubileyini keçirsin, xidmətlərini sadalasınlar. Heç biri baş tutmadı. Çünkü vəzifəlilərin başı başqa işlərə qarışdığından Ramiz Əskərin nə iş gördüyündən bəlkə də xəbərsizdilər. Xəbəri olanlar belə özlərini xəbərsiz kimi aparırdılar.
Ramiz Əskər isə sırada bir Azərbaycan vətəndaşı, sadə bir Türk deyildi. O, Azərbaycanda neçə-neçə ilkə imza atmış dəyərli bir alim idi. Yusif Xacə Balasaqunlunun “Qudatku bilik” əsəri haqqında yazanlar, onu tanıtmağa çalışanlar olmuşdu. Amma əsər haqqında Azərbaycanda ilk dəyərli araşdırma aparmaq və dilimizə çevirmək onun adı ilə bağlı oldu. 1920-ci ildə Mahmud Kaşqarlının “Divan-i lüğğət-i it Türk” əsərini araşdırmağa başlayan, ondan çevirmələr edən, bütövlükdə çevirən olmuşdu. Amma bu möhtəşəm əsəri Azərbaycan oxucusuna çatdıran, onu dilimizə çevirən, dəyərli ön söz yazan Ramiz Əskər oldu. Türkmən şairlərindən Maxtımqulunun, Molla Nəpəsin, Azadinin Divanlarını da tam şəkildə ilk dəfə Azərbaycan oxucusuna çatdıran Ramiz Əsgər olmuşdur.
Çığata şairi Əlişir Nəvayinin əsərlərin ilə də ilk dəfə Azərbaycan oxucusu tam şəkildə Ramiz Əskər sayəsində tanış olmuşdur. Qırğız Toxtaqulun əsərlərini, Kırım Tatarı Bəkir Çobanzadənin şeirlərini də ilk dəfə dilimizə çevirən Ramiz Əskər olmuşdu. Bu siyahını çox uzatmaq olar. Türk xalqlarının şairlərindən tərcümələri, onlar haqqındakı dəyərli məqalələri ilə türk xalqları arasında bir körpü yaratmağa çalışmışdır.
Olduqca məhsuldar işləyən Ramiz Əsgər söz vermişdi ki, türk xalqlarının şair və yazıçıları, alimlaəri haqqında 100 kitab çap etdirəcək. Lakin əcəl ona sözünün üstündə durmağa aman vermədi. 98-ci kitabı nəşrə hazırlayıb mətbəəyə verəndən sonra dünyadan köçdü. Ölümündən sonra bacısı Nailə Əskərlə birgə hazırladıqları 3 cildlik Türkmənistandan toplanmış Koroğlu dastanı nəşr edildi. Bu günlərdə isə Nailə Əskər xəbər verdi ki, Ramizə Əskərin şeirlərini bir yerə toplayıb nəşr etdirib. O, 100 kitabının nəşrini görmədən dünyadan köçdü. Arxivində qalan əlyazmalar nəşrə hazırlanıb çap edilərsə kitabların sayı bəlkə də 110 çatacaq. Ruhun şad olsun Ramiz bəy, səni xidmətlərin və yaradıcılığını sağlığında gərəyincə qiymətləndirilmədən dünyadan köçdün.
Əli ŞAMİL
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN