ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib. “Prezident bir neçə dəqiqə əvvəl həmkarı Zelenski ilə telefonla danışıb”, - Ağ Ev rəsmisi vurğulayıb. Onun sözlərinə görə, telefon danışığı zamanı Bayden həmkarına Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.