Avropa İttifaqı yanvarın 14-də Rusiyaya qarşı sanksiyaların 16-cı paketini hazırlamağa başlayacaq. İcmaya sədrlik edən Polşa məhdudiyyətlərin fevralın 24-də qəbul edilməsini istəyir.

Tezadlar.az bildirir ki, bu barədə Polşanın RMF FM radiostansiyasına Brüsseldəki diplomatik mənbələr məlumat verib.

Onların sözlərinə görə, çərşənbə axşamı Avropa Komissiyası (AK) icma dövlətlərinin nümayəndələri ilə Rusiya Federasiyasına qarşı gələcək tədbirlərlə bağlı ideyaları müzakirə etməyə başlayacaq, onlar öz təkliflərini AK-ya təqdim edəcəklər. Güman edilir ki, 16-cı anti-Rusiya sanksiyalar paketinin layihəsi yanvar-fevral aylarının qovşağında hazır olacaq.

RMF FM qeyd edir ki, Macarıstan və Slovakiyanın mövqeləri Brüssel üçün yeni məhdudiyyətlərin qəbulunu çətinləşdirə bilər.

“Bizim mövqeyimiz məlumdur, biz sanksiyaların əleyhinəyik, bununla bağlı heç nə dəyişməyib”, - radiostansiya Macarıstan hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinin sözlərini sitat gətirir.

Polşa Skandinaviya və Baltikyanı ölkələrlə birlikdə Rusiyanın enerji sektoruna əlavə məhdudiyyətlər tətbiq etməkdə israr edəcək, -radiostansiya vurğulayır. Bu qrup ölkələr 16-cı sanksiyalar paketi ilə bağlı təkliflərini hələ dekabr ayında təqdim etmişdilər. Onlar Rusiya qazına, o cümlədən LNG-yə embarqonun tətbiqinə, eləcə də Rusiya Federasiyasından neft daşıdığı iddia edilən “kölgə donanması” adlandırılan tankerlərə qarşı sanksiyaların tətbiqinə can atırlar. Bundan əlavə, Aİ Rusiya Federasiyası və Belarusun kənd təsərrüfatı məhsullarına qoruyucu rüsumlar tətbiq etməyə cəhd edə bilər, çünki bu, bütün üzv dövlətlərin təsdiqini tələb etmir, - RMF FM əlavə edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN